Ermənistan baş naziri İstintaq Komitəsində ifadə verib

Ermənistan baş naziri İstintaq Komitəsində ifadə verib
17:22 15 Yanvar 2020
55 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan İstintaq Komitəsi baş nazir Nikol Paşinyanın ifadə verməsi üçün çağırılmasına aydınlıq gətirib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, N.Paşinyanın İstintaq Komitəsinə çağırıldığı cinayət işi Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan arasındakı telefon danışığının dinlənilməsi ilə əlaqədardır.
Bundan əlavə, məlumatda deyilir ki, söhbət Robert Koçartan və Yuri Xaçaturovun həbsi ilə bağlı vəsatətlərə baxan hakimlərin işinə müdaxilədən, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının aşkar əlamətlərindən gedir.

*** 11:44
Ermənistan tarixində ilk dəfə baş nazir Nikol Paşinyan müstəntiqin suallarını cavablandırmaq üçün İstintaq Komitəsinə (İK) gedib.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində məlumat verib.
Paşinyan masa arxasından əyləşərək kompüterin monitoruna baxan müstəntiqin otağında selfi edib.
"Ermənistan tarixində ilk dəfə ölkənin hazırkı lideri İK-ya gəlib”, - Paşinyan yazıb.
Ermənistanın Baş naziri İstintaq Komitəsinin ofisində sualları cavablandırdığını etiraf edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistan-bas-naziri-i-stintaq-komitesinde-ifade-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR