Putin Federal Vergilər Xidmətinin rəhbərini Baş nazir vəzifəsinə təklif edib

Putin Federal Vergilər Xidmətinin rəhbərini Baş nazir vəzifəsinə təklif edib
20:50 15 Yanvar 2020
87 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin Federal Vergilər Xidmətinin rəhbəri Mixail Mişustinə Baş nazir vəzifəsini təklif edib.

Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

V.Putin Mixail Mişustin ilə görüşüb və ona hökumətin sədri vəzifəsini tutmağı təklif edib. M.Mişustinin razılığı ilə namizdəliyi Dövlət Dumasına təqdim olunub.

Qeyd edək ki, bu gün Baş nazir Dmitri Medvedev prezidentin Federal Şuraya müraciətindən sonra hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3177766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR