Bakı, 20 may, Nihat Budaqov, AZƏRTAC
“Türk axını” layihəsinin inşası tamamlandıqdan sonra Türkiyə Rusiya ilə birgə yaradılacaq şirkətə ortaq olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız “TRT Haber” telekanalına müsahibəsində deyib. “Biz təbii qazın və neftin ortağı olmaq məcburiyyətindəyik. Türkiyə təbii qaza qənaət etmək məqsədilə “Türk axını” layihəsi üzrə Trakya bölgəsində qurulacaq şirkətin ortağı olacaq”, – deyə nazir bildirib.