"Toyota" 700 minə yaxın avtomobili geri çağırıb

"Toyota" 700 minə yaxın avtomobili geri çağırıb
21:12 15 Yanvar 2020
79 Dünya
Ölkə mətbuatı
A- A+

Avtomobil istehsalçısı olan "Toyota" şirkəti ABŞ-da benzin nasoslarında nasazlıq olan 700 minə yaxın avtomobili geri çağırıb. Ekspertlərin fikrincə, bu nasazlıq maşınların mühərriklərinin sıradan çıxmasına və qəza riskinin artmasına səbəb ola bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, geri çağırılan modellərə 2018 və 2019-cu illərdə istehsal edilmiş "Lexus LS 500", "LC 500", "RC 350", "RC 300", "GS 350", "IS 300", "ES 350", "LX 570", "GX 460" və "RX 350" modelləri aiddir. Şirkət bu sıraya 2018 və 2019-cu illərdə istehsal edilmiş "Toyota 4Runner", "Camry", "Highlander", "Land Cruiser", "Sequoia", "Sienna", "Tacoma" və "Tundra", həmçinin 2019-cu ildə istehsal edilmiş bəzi modelləri, o cümlədən "Avalon" və "Corolla" modellərini də daxil edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/818141.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR