Medvedev istefa xəbərini belə verib - VİDEO

Medvedev istefa xəbərini belə verib - VİDEO
19:27 16 Yanvar 2020
103 Dünya
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, ötən gün Dmitri Medvedevin rəhbərlik etdiyi hökumət tam tərkibdə istefaya gedib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Medvedev komandası ilə istefaya getdiyini belə açıqlayıb:

"Bu dəyişikliklər qəbul olunduqda yalnız Konstitusiyanın bir sıra maddələrinə deyil, bütövlükdə güc balansında da əhəmiyyətli dəyişikliklər olacaq. Ölkəmizin Prezidentinin lazımi qərarlar qəbul etməsinə imkan yaratmalıyıq. Bu şərtlərdə mən inanıram ki, Rusiya Federasiyasının Konstitusiyanın 117-ci maddəsinə uyğun olaraq hazırkı hökumətin istefası düzgün addımdır.

Bu tərkibdə hökumətin işində iştirak edən hər kəsə təşəkkür edirəm. Bundan sonrakı qərarı dövlət başçısı verəcək".

"Moskovskiy komsomoleç" saytı həmin anın görüntülərini yayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/818445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR