DYP-nin iki şöbə rəisinə yeni vəzifə verilib

DYP-nin iki şöbə rəisinə yeni vəzifə verilib
16:47 17 Yanvar 2020
42 Digər
Ölkə mətbuatı
A- A+

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
“Report” xəbər verir ki, bunla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə o, Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
BDYPİ-nin Yol Patrul Xidməti Şöbəsinin rəisi Kamran Əliyev isə əvvəlki vəzifəsinə qaytarılıb.
Belə ki, o, İdarəinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.
K.Əliyev “Report”a faktı təsdiqləyib.
Bu barədə xəbəri ilk avtosfer.az saytı yayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/dyp-nin-iki-sobe-reisine-yeni-vezife-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR