Tərlan Əhmədov böyükhesablı məğlubiyyətdən razıdır

Tərlan Əhmədov böyükhesablı məğlubiyyətdən razıdır
08:57 18 Yanvar 2020
108 İdman
Ölkə mətbuatı
A- A+

"İlk hissədə istədiyimiz oyunu görə bilməsək də, fasilədən sonra komanda pis təsir bağışlamadı".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Almaniya klubu "Zvikau" ilə keçirilən yoxlama görüşünü dəyərləndirərkən deyib.

3-cü liqa təmsilçisinə 1:4 hesablı məğlubiyyətə baxmayaraq, çalışdırıcı komandasından narazı qalmayıb: "Bəzi futbolçularımız bizə yalnız burada qoşuldular və onların fiziki durumunun nə yerdə olduğunu bilmək istəyirdik. Məğlub olsaq da, komanda pis təsir bağışlamadıq. Demək olar ki, bütün qolları standart vəziyyətlərdən sonra buraxdıq. Səhvlərin üzərində işləməliyik və Premyer Liqanın ikinci yarısının ilk qarşılaşmasına tam hazır olmalıyıq".

Qeyd edək ki, "Keşlə" Antalya toplanışı çərçivəsində yanvarın 22-də "Arsenal" (Rusiya), 24-də isə "Zemplin"lə (Slovakiya) yoxlama görüşü keçirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/818954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR