Ərdoğan və İmamoğlunun reytinqi açıqlanıb

Ərdoğan və İmamoğlunun reytinqi açıqlanıb
11:32 18 Yanvar 2020
50 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin “Metropoll” araşdırma şirkəti ötən ilin dekabrında ölkə ərazisində keçirdiyi sosioloji sorğunun nəticələrini açıqlayıb. 
“Report” şirkətin “Twitter” hesabına istinadən xəbər verir ki, Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan 50,2 faizlə ölkənin ən çox bəyənilən siyasətçisidir. 
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu (48,6%, CHP) siyahıda ikinci, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş (38,8%, CHP) isə üçüncü sırada qərarlaşıb. 
Siyahıda həmçinin Devlet Bahçeli (34%, MHP), Kemal Kılıçdaroğlu (33,7%, CHP) və digər siyasətçilər var.
Alparslan Öztürk

Xəbərin orijinal ünvanı: https://report.az/region/erdogan-ve-i-mamoglunun-reytinqi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR