Konqoda 5 nəfər naməlum xəstəlikdən ölüb

Konqoda 5 nəfər naməlum xəstəlikdən ölüb
12:02 18 Yanvar 2020
31 Digər
Ölkə mətbuatı
A- A+

Konqo Demokratik Respublikasının qərbindəki Mai Ndombe əyalətində 5 nəfər naməlum xəstəlikdən ölüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, onlar Kiri şəhərindəki xəstəxanada dünyasını dəyişiblər.
Əyalətin Səhiyyə Nazirliyinin rəhbəri Jan Klod Bola mediaya açıqlamasında vəziyyətin nəzarət altında olduğunu, mütəxəssislərin hadisə yerində olanları araşdırdığını və bu “sirli xəstəliyi” müəyyənləşdirmək üçün bütün tədbirlərin görüldüyünü söyləyib. 
Onun sözlərinə görə, söhbət şayiəsi yayılan Ebola virusundan getmir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/konqoda-5-nefer-namelum-xestelikden-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR