Makqreqordan 40-cı saniyədə nokaut (VİDEO)

Makqreqordan 40-cı saniyədə nokaut (VİDEO)
11:15 19 Yanvar 2020
126 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İrlandiyalı döyüşçü (MMA) Konor Makqregor ikiqat UFC çempionu amerikalı Donald Serronu məğlub edib.

Görüş Las Veqasda (ABŞ, Nevada, ABŞ) keçirilib və 40-cı saniyədə Donald Serronun nokautu ilə başa çatıb.

31 yaşlı Konor Makqreqor yarım-yüngül və yüngül çəkidə karyerası boyu 26 döyüş keçirib, onun 22-də qələbə qazanıb. Sonuncu dəfə rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşüb və uduzub.

Qaydasız döyüş üzrə veteran olan Serron karyerası boyu 51 dəfə vuruşub, 36 qələbə qazanıb, 14 məğlubiyyət yaşayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3179329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR