“Makqreqorun növbəti rəqibi Nurməhəmmədov olmalıdır”

“Makqreqorun növbəti rəqibi Nurməhəmmədov olmalıdır”
17:27 19 Yanvar 2020
108 İdman
Ölkə mətbuatı
A- A+

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyn Uayt hesab edir ki, irlandiyalı döyüşçü Konor Makqreqorun növbəti rəqibi rusiyalı həmkarı Həbib Nurməhəmmədov olmalıdır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu o, Makqreqorun amerikalı rəqibi Donald Serronenin üzərində qələbə çalmasından sonra deyib.

"Bu, Həbibin irsi üçün də vacibdir. Əgər o, Toni Ferqüsonu, daha sonra bir dəfə də Konoru döysə... Bu, inanılmaz bir şey olacaq", - Uayt söyləyib.

UFC prezidenti döyüşçülərin görüşünün Moskvada keçirilməyəcəyini bildirib. "Döyüşün Moskvada olmayacağına dair çox səbəblər var", - o deyib. 

Xatırladaq ki, 2018-ci ilin oktyabrında döyüşcülər oktaqonda üz-üzə gəlmişdi. O vaxt Nurməhəmmədov Makqreqora qalib gəlmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/819233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR