Siqaret çəkən futbolçular millimizdən uzaqlaşdırıldı

Siqaret çəkən futbolçular millimizdən uzaqlaşdırıldı
15:08 20 Yanvar 2020
125 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Elnur Hüseynov ("Neftçi", qapıçı) və Vüsal Şabanov ("Zaqatala", qapıçı) nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

Publika.az xəbər verir ki, bu barədə AFFA-nın saytında yazılıb.

Hər iki futbolçunun intizamsız davranışı barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/302416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR