"Rusiya Prezidenti Vladimir Putinin bu həftəki qrafikində Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarla görüş nəzərdə tutulmayıb".

Publika.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib:

"Yaxın müddətdə səfər nəzərdə tutulmayıb. Məsələyə aydınlıq gətirildikdən sonra bu barədə məlumat verəcəyik".

Qeyd edək ki, Haftar Putinin Liviya üzrə dialoqların davam etdirilməsi təklifinə müsbət cavab verib.