Siqarət çəkən iki futbolçu Azərbaycan millisinin heyətindən qovuldu

Siqarət çəkən iki futbolçu Azərbaycan millisinin heyətindən qovuldu
15:42 20 Yanvar 2020
143 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın 2 futbolçusu milli komandadan uzaqlaşdırılıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Milli.Az-a bildirilib ki, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Elnur Hüseynov ("Neftçi", qapıçı) və Vüsal Şabanov ("Zaqatala", qapıçı) nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

Hər iki futbolçunun intizamsız davranış barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/819395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR