Qadın sahildəki gəmiləri görərək "onlara doğru getməliyik?" sualını verir - Onun film seçimi

Qadın sahildəki gəmiləri görərək "onlara doğru getməliyik?" sualını verir - Onun film seçimi
07:12 22 Yanvar 2020
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Filmlər izləyicidə müxtəlif duyğular yaradır. Sizi güldürə də bilər, ağlada da... Bəzən problemlərinizlə üzləşməyinizə səbəb olar, bəzən isə onları həll etməkdə kömək edər. Filmlərlə bağlı hər kəsin öz maraq dairəsi var. Kimi dram sevir, kimi fantastika, kimi də komediya. Amma elə kateqoriyada filmlər də var ki, onlara hər kəsin baxması tövsiyə olunur. Filmləri izləyən insanların təcrübələri bu mövzuda bizə çox kömək edə bilər.

"Onun film seçimi" rubrikamızın qonağı Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovdur.

İlqar Orucovun məsləhət gördüyü ilk film 1994-cü ildə çəkilən Robert Zemekisin ekranlaşdırdığı, Tom Xenksin baş rolda oynadığı "Forrest Qamp"dır. Film Uinston Qrumun eyni adlı romanı əsasında çəkilsə də, ssenari romandan böyük ölçüdə fərqlənir. Baş rollarda Tom Henks, Robin Rayt, Geri Sinis, Maykelti Vilyamson və Salli Fild kimi görkəmli şəxslərin yer aldığı film, zəka səviyyəsi 75 olan birinin həyatını ələ alır. Zəka səviyyəsindən ötrü dövlət məktəblərinə girməkdə belə çətinlik çəkən Forrest Qamp, zaman keçdikcə məntiqə uyğun gəlməyən nailiyyətlərə imza atır. Hər nə qədər zəka səviyyəsi aşağı olsa da, fiziki olaraq son dərəcə sağlam olan Forrest, zaman keçdikcə baş verən hadisələr zəncirində bizi xəyal edə bilməyəcəyimiz bir dünyaya aparır. Mükəmməllərdən mükəmməl hesab olunan filmlər sırasındadır: " Düşünürəm ki, gənclər üçün çox faydalı filmdir. Hansı ki, gəncləri motivasiya edə biləcək məqamlara toxunur. İnsanın düşdüyü uğursuzluqlara rəğmən çarpışması və daim uğura doğru irəliləməsi bu filmin əsas süjetini təşkil edir. Əqli cəhətdən geri olan Forrest Qampı məktəbə götürmürlər. Lakin anasının yaxşı istiqamətdə təşviqi ilə Forrest gələcəkdə böyük hadisələrin mərkəzində yer almaq imkanı əldə edir. Təşviqin böyük əhəmiyyətindən danışan Forrest, Vyetnam müharibəsində döyüşmək üçün hərbi xidmətə yollanır. Yaxın dostunun bütün günü dəniz ilbizlərindən danışmasından sonra gələcəkdə belə bir iş qurmaq üçün bir-birilərinə söz verirlər. Ancaq dostu müharibədə şəhid olur. Forrest bu işin arxasınca gedir və sözünü tutmaq üçün yaşayır".

Həmsöhbətimizin tövsiyə etdiyi ikinci film  "Apokalipsis"dir: "Apokalipsis" Amerikalı kinoaktyor və rejissor Mel Gibsonun əməyinin bəhrəsidir. Filmin ssenari müəllifləri Mel Gibson və iranlı kinomütəxəssis Farhad Safiniadır. Film Mayyalıların doğma kəndlərində xoşbəxt həyatlarının təsviri ilə başlayır. Həyat mücadilələri, zarafatları, gözlənti və ümidləri tamaşaçıya "bir-birimizdən heç bir fərqimiz yoxdur" düşüncəsi aşılayır. Mübarizənin sonu nə qədər qalibiyyətlə bitsə də, çəkilən əziyyətlər unudulmayacaq. Ən əsası isə filmin sonunda ağdərililərin Amerikanı kəşf edən gəmiləri vəhşi torpaqların sahilində görünür. Film boyu ən əsas lazımlı sual isə sonda eşidilir: Qadın sahildəki gəmiləri görərək "onlara doğru getməliyik?" sualını verir. Yerli gənc Yaquar isə "Meşəyə doğru getməliyik" deyərək insanı düşünməyə sövq edir.

Həmsöhbətimizin məsləhət gördüyü 3-cü film isə məşhur real hadisə əsasında çəkilən əfsanəvi "Titanik" filmidir: "Filmdə "Titanik"in səyahətə başlayıb batmasına qədər davam edən 2 günün təsviri verilib. Film real hadisəyə əsaslansa da, burada məhəbbət xətti də var. Kasıb ailənin oğlu olan Cek "Titanik"in yola çıxmasına 5 dəqiqə qalmış qumarda gəmiyə bilet qazanır. Bu səyahətdə isə varlı ailənin qızı Rouzla tanış olur. Filmdə həmçinin gəmi sahiblərinin özündənrazılığı göstərilib. Onlar daha tez çatmaq üçün gəminin sürətini artırırlar və buna görə də qarşıdan gələn aysberqi gördükdə gəminin istiqamətini dəyişməkdə gecikirlər. Filmdə məhəbbət xətti ilə yanaşı, sinfi fərqləndirmələrin doğurduğu acı nəticələr də göstərilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/819365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR