Tripoli hava limanı fəaliyyətini bərpa edib

Tripoli hava limanı fəaliyyətini bərpa edib
20:12 22 Yanvar 2020
56 Digər
Ölkə mətbuatı
A- A+

Liviyanın paytaxtı Tripolinin "Mitigə" beynəlxalq hava limanı bu gün raket atəşi səbəbindən müvəqqəti bağlandıqdan sonra fəaliyyətini bərpa edib.
“Report” bu barədə TASS-a istinadən xəbər verir.
Bundan əvvəl raket zərbəsinə məruz qalan hava limanında təyyarələrin eniş-qalxışının dayandırıldığı xəbər verilmişdi. Paytaxtdakı Liviya Milli Uzlaşma Hökumətinin silahlı qüvvələrinin sözçüsü Məhəmməd Qanuno bununla bağlı Liviya Milli Ordusunu ittiham edərək hava limanına 6 ədəd “Qrad” raketinin atıldığını, bu kimi addımların tərəflər arasında atəşkəs tarazlaşmasına zidd olduğunu bildirmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tripoli-hava-limani-fealiyyetini-berpa-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR