Sabahdan qatarlara bilet satışı qaydalarına dəyişiklik edilir

Sabahdan qatarlara bilet satışı qaydalarına dəyişiklik edilir
20:36 22 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ölkə daxilində hərəkət edən qatarlara bilet satışıqaydalarına dəyişiklik edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, yeni qaydaya əsasən, sərnişinlər biletləri qatarların yola düşməsinə 10 gün deyil, 30 (otuz) gün qalmış əldə edə biləcəklər.

Dəyişiklik bilet satışının təkmilləşdirilməsi və sərnişinlərin biletləri daha rahat və tez almasına xidmət edir. Bilet satışında yeni qayda yanvarın 23-dən tətbiq oluncaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3181035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR