Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb
08:47 23 Yanvar 2020
54 Digər
Ölkə mətbuatı
A- A+

Yeni Zelandiyanın Uayt-Aylend adasında vulkan püskürməsi nəticəsində ölənlərin sayı artıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə polisi özünün rəsmi saytında bildirib.
Qeyd edilir ki, təbii hadisə nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
"Baş müstəntiq itmiş, Uayt-Aylendedə vulkan püskürməsi zamanı ölə bimələri güman edilən iki nəfərin həlak olduğunu təsdiq edib”, - asayiş keşikçilərinin xəbərində deyilir.
Daha əvvəl təbii hadisənin 18 qurbanı haqqında bildirilirdi.
Oklenddən 270 kilometr cənubdakı Plenti körfəzində yerləşən Uayt-Aylend adasında vulkan püskürməsi hələ dekabrın 9-da olub. Təbii hadisə zamanı adada 47 nəfər olub. Hakimiyyət orqanları vulkan püskürməsindən dərhal sonra 9 nəfərin həlak olduğunu bildirib. Bundan sonra ölənlərin sayının artdığı qeyd edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yeni-zelandiyada-20-nefer-vulkan-puskurmesinin-qurbani-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR