Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
09:27 24 Yanvar 2020
59 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, yanvar ayının 23-də törədilən 21 cinayətin üstü “isti izlər”lə açılıb. 
Əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/cinayet-toretmekde-subheli-bilinen-43-nefer-saxlanilib24012020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR