Zaqatala gəncləri növbəti dəfə “Könüllü qonaq” olublar

Zaqatala gəncləri növbəti dəfə “Könüllü qonaq” olublar
01:42 27 Yanvar 2020
105 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsü Zaqatala gəncləri tərəfindən davam etdirilib. 
Bu barədə “Report”a Gənclərin İnkişaf və Karyera Mərkəzindən məlumat verilib.
Gənclər rayon ərazisində yaşayan qayğıya ehtiyacı olan növbəti sakinin evinə baş çəkiblər.
Xatırladaq ki, adıçəkilən təşəbbüs qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını nəzərdə tutur. 
İş prosesi sonrası isə gənclər ailələr ilə çay süfrəsində səmimi söhbətlər edir və bu əsnada ailələr öz həyat hekayələrini #konulluqonaqlar ilə paylaşırlar.
Gənclər məişətlə bağlı ev sahibinə köməklik göstərdikdən sonra birlikdə xoş və maraqlı vaxt keçiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.










Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/zaqatala-gencleri-novbeti-defe-konullu-qonaq-olublar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR