Beyrutda şiddətli toqquşmalar davam edir

Beyrutda şiddətli toqquşmalar davam edir
09:18 27 Yanvar 2020
38 Digər
Ölkə mətbuatı
A- A+

Livanın paytaxtı Beyrutda aksiyalar zamanı qarşıdurma baş verib.

Publika.az-ın İxlas xəbər agentliyinə istinadən məlumatına görə, polis hökumət binasının qarşısına toplaşan etirazçıları ərazidən uzaqlaşdırmaq üçün güc tətbiq edib. Nümayişçilərə qarşı göz yaşardıcı qaz və rezin güllələrdən istifadə edilib. Tərəflər arasında baş verən toqquşma zamanı onlarla insan yaralanıb. Onların arasında polis əməkdaşları da var.

Qeyd edək ki, etirazçılar hökumətdən sosial islahatlar keçirilməsini tələb edir.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/303027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR