Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri istefa verib

Gürcüstanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Levan İzoriya istefa verib.

Metbuat.az xəbər verir ki, bu barədə o özü “Post” televiziyasına açıqlamasında bildirib. İzoriyanın sözlərinə görə, o istefa ərizəsini Baş nazirə artıq təqdim edib. İzoria bundan sonra Gürcüstanın Almaniyadakı səfiri vəzifəsində çalışacaq.

Qeyd edək ki, İzoria 2016-2019-cu illərdə Müdafiə naziri işləyib. Ötən il isə o, Kəşfiyyat Xidmətinə rəhbər və Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub.

Anar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR