"Arsenal"dan səfərdə əzmkar QƏLƏBƏ

"Arsenal"dan səfərdə əzmkar QƏLƏBƏ
08:08 28 Yanvar 2020
116 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə kubokunun 1/16 final matçında “Bornmut” doğma meydanında "Arsenal" komandasını qəbul edib.

Publika.az xəbər verir ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab 5-ci dəqiqədə açılıb. London təmsilçisinin heyətində Bukayo Saka fərqlənib. Matçın 26-cı dəqiqəsində hücumçu Edvard Nketia qonaqların hesabdakı üstünlüyünü gücləndirib.

“Bornmut” bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Əlavə edilmiş vaxtda meydan sahiblərinin hücumçusu Sem Sarric fərqlənib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/303134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR