Bakıda torpağın qiyməti bahalaşıb

Bakıda torpağın qiyməti bahalaşıb
15:01 28 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda torpaq bazarında qiymətlərdə bahalaşma qeydə alınıb.

Bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, ötən ilin dekabr ayı ərzində torpağın qiymətində 0.04 faiz, il ərzində isə 2.55 faiz artım olub.

Ekspertin sözlərinə görə, fərdi yaşayış və bağ evlərinin qiyməti ay ərzində sabit qalıb, il ərzində isə 7.42 faiz ucuzlaşıb.

N.İbrahimov əlavə edib ki, Bakıda ötən ay ilkin mənzil bazarında qiymətlərdə azalma qeydə alınıb: "Ay ərzində 2.13, il ərzində isə 6.62 faiz azalma qeydə alınıb. Ötən ilin dekabr ayı ərzində təkrar mənzil bazarında qiymətlərdə 2.01 faiz artım, il ərzində isə 2.93 faiz ucuzlaşma müşahidə olunub".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3183349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR