“Netflix” “Eurovision”la bağlı film çəkir

“Netflix” “Eurovision”la bağlı film çəkir
20:22 28 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Dünyaca məşhur "Netflix" platforması "Eurovision"la bağlı film çəkir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ssenaristi və baş qəhrəmanı Will Ferrellin olduğu ekran işi İslandiya və Böyük Britaniyada lentə alınacaq.

Film iki sənətçinin müsabiqəyə qatılma hekayəsindən bəhs edəcək. Layihədə Demi Lovato, 2017-ci ildə birinci olan portuqaliyalı Salvador Sobral, 2018-i ilin qalibi Netta da yer alacaq.

Salvador Sobral filmdə küçə musiqiçisi obrazını yaradacaq.

Kino 2020-ci ilin mayında tamaşaçıların ixtiyarına veriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/821314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR