Mərkəzi Bank 100 milyon manat cəlb edəcək

Mərkəzi Bank 100 milyon manat cəlb edəcək
20:50 28 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yanvarın 29-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

AMB-dən Trend-ə bildirilib ki, hibrid hərracda 100 000 000 (yüz milyon) manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gündür.

"Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 5,76% - 7,49% faiz təşkil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3183626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR