Fiat 500 və Panda modelləri hibrid olublar - FOTO

Fiat 500 və Panda modelləri hibrid olublar - FOTO
23:05 28 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Fiat şirkəti Hybrid indeksinə sahib olmuş yenilənmiş 500 və Panda modellərini təqdim edib.Avtomobillər sırf elektrik ötürməsi ilə hərəkət edə bilmirlər, çünki onlar "yumşaq" hibriddirlər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Fiat Panda və 500 modelləri eyni platformada inşa edilib və eyni 70 at qüvvəli güc qurğusu ilə təchiz edilirlər. Hibrid qurğunun tərkibinə 1,0-litrlik mühərrik və sürətlənmə zamanı ona yardım edən, əyləcləmə zamanı enerjini toplayan, həmçinin start-stop sisteminin işinə cavabdeh olan startyor-generator daxildir. Hər iki avtomobil 6-pilləli mexaniki transmissiya ilə təchiz edilir.

Fiat 500 Hybrid modeli Avropada fevral ayından başlayaraq satışa çıxarılacaqdır. Panda Hybrid isə bir ay sonra diler salonlarında debüt edəcəkdir. Elektriklə hərəkətə gələn Fiat 500e modeli ilə mart ayında keçiriləcək Cenevrə avtosalonunda nümayiş etdiriləcəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/818674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR