Bugatti yeni model hazırlayıb

Bugatti yeni model hazırlayıb
23:32 28 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bugatti şirkəti Instagram sosial şəbəkəsində üzərində örtük olan avtomobilin şəklini dərc edib. Şəklə verilmiş şərhdə "2020-ci il - Bugatti ilidir" sözləri yazılıb. Bu yolla istehsalçı yeni hiperkarın peyda olacağına işarə edib.

Yeni hiperkarın tamamilə yeni model və ya Chiron hiperkarının növbəti versiyası olduğu məlum deyil. Böyük ehtimalla, örtüyün altında La Voiture Noire hiperkarı gizlədilibdir. Yeganə nüsxədə buraxılmış hiperkar keçən ilin martında Cenevrə avtosalonunda prototip qismində debüt etmişdi. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/818689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR