Rusiya milli əməliyyat sistemini yaradır? – Windows-dan imtina olunur

Rusiya milli əməliyyat sistemini yaradır? –  Windows-dan imtina olunur
23:52 28 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Rusiyanın Daxili İşlər Nazirliyi Windows-u daxili əməliyyat sistemləri ilə əvəzləyəcəklər.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda Rusiya mətbuatı məlumat yayıb.

Microsoft şirkətinin Windows 7-yə dəstəyini dayandırmasından sonra Rusiya hüquq-mühafizə orqanları ona alternativ olacaq Linux bazası əsasında hazırlanan əməliyyat sistemindən istifadə etməyi palanlaşdırır.

Sözügedən nazirlik Rusiya inteqratorunu almaq üçün 1,4 milyard rubl vəsait xərcləyib. Əldə olunan məlumata görə, hüquq - mühafizə orqanları 31 min Astra Linux lisenziyasını, eləcə də sistem bloku və HP monitorları alıb. Ümumilikdə, proqram təminatı üçün 180 milyon rubl xərclənib.

"Hələ ki, Rusiya tam şəkildə milli əməliyyat sistemi ilə təmin edilməyib. Sadəcə Linux bazası əsasında hazırlanmış qurğular var. Rusiyanın milli əməliyyat sistemi Kaspersky Lab və ya başqa bir şirkət bazara məhsul çıxardıqdan sonra yarana bilər. Hələlik isə açıq kodlu soft işlədirik", - deyə Kompüter və İnformasiya Texnologiya Müəssisələri Birliyinin direktoru Nikolay Komlev deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/820730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR