Şahzadə Diananın avtomobili SATIŞA ÇIXARILDI - FOTO

Şahzadə Diananın avtomobili SATIŞA ÇIXARILDI - FOTO
01:32 29 Yanvar 2020
111 Maraqlı
Ölkə mətbuatı
A- A+

Şahzadə Diananın avtomobili 1994-ci il istehsalı olan Audi 80 satışa çıxarılıb.

Milli.Az xəbər verir ki, avtomobil bir neçə sahib dəyişdirməsinə baxmayaraq, əla vəziyyətdədir. Avtomobil cəmi 22 min mil (35 min kilometrdən bir az çox)  məsafəni qət edib.

"Audi" şirkəti Şahzadə Diananın bu modeli idarə etməyə başladıqdan sonra satışın 2 dəfə artdığını etiraf edib.

Avtomobil 133 at gücünə sahib, 2.3 litr həcmli beş silindrlidir.  Onun oturacaqları açıq rəngli dəri ilə işlənilib.

Kabriolet mart ayının sonunda Birminqemdə avtomobillərə həsr olunmuş tədbirdə satışa çıxarılacaq. Avtomobilin dəyəri 35- 40 min funt sterlinq arasında qiymətləndirilir. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/821337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR