“İçərişəhərdə onları görəndə yarım saatlıq yoxa çıxdım” - FOTO

“İçərişəhərdə onları görəndə yarım saatlıq yoxa çıxdım” - FOTO
09:47 29 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Birinci kanal"ının tanınmış aparıcısı Yekaterina Beryozovskaya "Moskva-Baku" nəşrinin suallarını cavalandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aparıcı müsahibəsində Bakı səfərindən, Azərbaycan mətbəxindən və ölkəmizlə olan bağlılığından söz açıb.

Müsahibənin həmin hissəsini təqdim edirik:

- Siz bu il Azərbaycana ilk dəfə səfər etmişdiniz. Səfəriniz nə ilə bağlı idi?

- Bakı mənim üçün xüsusi şəhərdir. Demək olar, mən ana tərəfdən bakılıyam, baxmayaraq ki, Azərbaycan köklərim yoxdur. Məsələ ondadır ki, mənim sevimli babam Vladislav Smolentsev Bakıda Kirov adına Hərbi Dənizçilik peşə məktəbində dərs deyirdi. Onu ora hərbi dənizçi kimi ezamiyyətə göndərmişdilər... Köç zamanı anamın üç yaşı var idi və o, Bakıda məktəbi bitirmişdi, orada onun doğma bacısı dünyaya gəlmişdi... Mən sovet Bakısı haqda çox eşitmişəm, harada ki, suyu saatla verirdilər və necə babam vedrələri liftsiz beşinci mərtəbəyə qaldırırdı. Amma bütün çətinliklərə baxmayaraq, həmişə bilirdim ki, bu, çox qonaqpərvər şəhərdir, harada ki, çox əziz insanlar yaşayır. Səfərə qaldıqda isə, mənim çox yaxın rəfiqəm Bakıya vurğundur və orada çox olub. Bir dəfə mən onun dilə tutmaları ilə razılaşdım və biz üçümüz - üç ən yaxşı rəfiqə - sadəcə bilet aldıq...

- Bakı sizi nə ilə təəccübləndirdi?

- Düzünü desəm, tamamilə hər şeyi ilə. Eşitmişdim ki, bu, zəngin, müasir şəhərdir. Həqiqətən də, çox xoş təəccübləndim. Biz Bakının həm "Qədim şəhər"ində, həm də müasir hissəsində gəzirdik və hər yer isti, səmimi və çox gözəl idi.

- Azərbaycan mətbəxi xoşunuza gəldi?

- Biz daim və hər yerdə yeyirdik (gülür-red.)... Ona görə də bir şeyi xatırlamaq çox çətindir. Dolma, təzə pendirlər, meyvələr... İnanılmazdır!

- Evdə Bakı mətbəxindən nəsə hazırlayırsınız?

- Mən ən bacarıqlı kulinar deyiləm, amma plov bişirməyi öyrənəndə anama zəng edirdim və o, bənd-bənd onun Bakıda necə hazırlandığını danışırdı.

- Bakıdan hansı suvenirləri gətirdiniz?

- Bakıdan ipək şarflar gətirdim. Mən onları sevirəm. "Qədim şəhər"də onları görəndə yarım saatlıq yoxa çıxdım. Hamısını aparmaq istəyirdim (gülür-red.).

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/821550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR