Koronavirusun müəyyənləşdirilməsi üçün Azərbaycana test gətirilir

Koronavirusun müəyyənləşdirilməsi üçün Azərbaycana test gətirilir
11:57 29 Yanvar 2020
71 Digər
Ölkə mətbuatı
A- A+

“Hazırda Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə danışıqlar aparır. Koronavirusların aşkar edilməsi üçün lazım olan testlərin yaxın zamanlarda Azərbaycana gətirilməsi nəzərdə tutulur”.
Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, dəqiq tarix barədə məlumat vermək mümkün deyil:
“ÜST testlərin ölkəyə gətirilməsinə kömək edəcək”.
A.Əliyeva qeyd edib ki, virus növü yeni olduğundan dünyada peyvəndi hazırlanmayıb:
“Yəqin müəyyən müddətdən sonra vaksin hazırlana bilər. Ancaq bu günə infeksiyaya qarşı vaksin yoxdur”. 

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/koronavirusun-mueyyenlesdirilmesi-ucun-azerbaycana-test-getirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR