''Bozbaş kasasından çıxan deputat'' - Elza yas mərasimlərində səs toplayır -

Müğənni Elza Seyidcahanın Siyəzəndə yas yerlərində səs toplaması ilə bağlı sosial şəbəkələrdə video görüntü yayılıb.

Metbuat.az xəbər verir ki, o, yas yerində qadınlarla danışaraq seçicilərdən səs toplamağa çalışıb. Sosial şəbəkədə yayılan görüntüyə istifadəçilərin rəyi birmənalı olmayıb.

Yazılan şərhlərdə onun bu hərəkəti pislənilib.İstifadəçilərdən biri videoya '' Bozbaş kasasından çıxan deputat'' - deyə şərh yazıb.

Digər videonu izləyənlər isə müğəninin bu davranışının qeyri- adi olmadığını şərh ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR