Dünyanın ən yaşlı qadını 128 yaşında vəfat edib

Dünyanın ən yaşlı qadını 128 yaşında vəfat edib
19:07 29 Yanvar 2020
71 Digər
Ölkə mətbuatı
A- A+

Tacikistanda dünyanın ən yaşlı qadını hesab edilən Fatimə Mirzəqulova 128 yaşında vəfat edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 1893-cü ilin 13 mart tarixində hazırkı Xətlan əyalətinin Yavan dairəsinin Dahan kəndində döğulan F.Mirzəqulova kolxozda pambıqçı işləyib, təqaüdə çıxandan sonra da tarlada işləməkdə davam edib.
8 övlad anası olan Fatimə xanımın 200 nəvəsi, nəticəsi və kötücəsi var. O, şənbə günü ölkənin şimalındakı Soğd əyalətinin Dakhana şəhərinin qəbiristanlığında dəfn edilib.
Rəsmi statistik məlumata görə, Tacikistanda yaşı 100-ü ötmüş 78 nəfər yaşayır ki, bunların 50-si xanımlardır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/dunyanin-en-yasli-qadini-128-yasinda-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR