Qarajını təmizləyərkən xəzinə tapdı -

Böyük Britaniyanın 66 yaşlı sakini - təqaüdçü Alfred Korreya qarajında təmizlik işləri apararkən dəyəri iki-üç milyon funt sterlinq (4456800-6685200 AZN) olduğu bildirilən tapıntı əldə edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Daily Mail” xəbər yayıb. Bildirilir ki, A.Korreya şkafdan miniatür nefrit bəzəyi tapıb.

Onun sözlərinə görə, atası qiymətli daşların satışı ilə məşğul olub və 1960-cı ildə Hindistandan Böyük Britaniyaya köçüb. 2002-ci ildə o, vəfat edib, qiymətli amulet isə şkafın bir küncündə qalıb.

Təqaüdçünün sözlərinə görə, amuletin bu qədər dəyərli ola biləcəyini düşünməyib.

“Atam qiymətli hesab etdiyi hər şeyi alırdı, bircə bunu dəyərsiz hesab edirdi. Belə görünür ki, o, bir balaca yanılıb”, - deyə Korreya bildirib.

Ekspertlər hesab edirlər ki, bəzək əşyasının 4000-5000 yaşı var.(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR