x
Loading...

DİN parlament seçkiləri ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb

DİN parlament seçkiləri ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb
12:17 31 Yanvar 2020
53 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) və Daxili İşlər Nazirliyinin birgə təşkil etdiyi polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan seminar-müşavirələrin yekun tədbiri keçirilib.
“Report” xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsini inzibati binasında keçirilən tədbirdə MSK üzvü İlham Məmmədov, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev, dairə seçki komissiyalarının sədrləri, o cümlədən şəhər və rayon polis orqanlarının nümayəndələri və ATƏT-in beynəlxalq müşahidəçilər missiyasının nümayəndələri iştirak ediblər.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev qeyd edib ki, Milli Məclisə seçkilərlə əlaqədar respublikada ictimai təhlükəsizlik və ictimai qaydanın təmin olunması məqsədilə Daxili İşlər Nazirliyində xüsusi tədbirlər planı hazırlanaraq icraya yönəldilmiş və bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir: "Maarifləndirmə tədbirləri çərçivəsində Gəncədə, Şirvanda, Şəkidə ərazi polis orqanlarının və dairə seçki komissiyalarının sədrləri ilə zona müşavirələri keçirilib. Tədbirlər çəçivəsində bu gün keçirilən müşavirənin əsas məqsədi təbliğat-təşviqat kampaniyası dövründə, seçki günü, eləcə də seçkidən sonrakı proseslər, polis əməkdaşlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, ərazi polis orqanlarının dairə seçki məntəqələri ilə qarşılıqlı əlaqələrinin təşkil edilməsindən ibarətdir".
MSK üzvü İlham Məmmədov isə bildirib ki, MSK Milli Məclisə seçkilərlə əlaqədar silsilə maarifləndirmə tədbirləri həyata keçirir: "Bu tədbirlərdən biri də Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyinin birgə maarifləndirmə proqramı olan Azərbaycan polisinin seçkilərdə rolu, hüquq və vəzifələri mövzusunda keçirilən seminar-müşavirələrdir: "Respublikanın regionlarında Daxili İşlər Nazirliyi ilə birgə keçirilən tədbirlərin son mərhələsini Bakı Şəhər Baş Polis İdarəsində paytaxtda fəaliyyət göstərən rayon polis orqanlarının və müvafiq dairə seçki komissiyaları sədrləri üçün keçiririk. Tədbirdə əsas məqsəd qarşıya çıxan problemlərin həlli yolları və polis orqanlarının səsvermə günü, ondan öncə və sonrakı funksiyalarının müzakirəsidir".
Qeyd edək ki, tədbirdə seçki sənədlərinin mühafizəsi, seçki sənədlərinin dairə seçki komissiyalarına, oradan məntəqə seçki komissiyalarına çatdırılması və səsvermə günü məntəqələrin mühafizəsi məsələləri müzakirə olunub. Vurğulanıb ki, səsvermədən sonra ölkədə ictimai sabitliyin, qaydanın bərqərar olunması Azərbaycan polisinin funksional vəzifələrindəndir.
Tədbir müzakirələrlə başa çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/k-milli-meclise-seckilerle-elaqedar-silsile-maariflendirme-tedbirleri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR