Ziya Bünyadov prospektində 3 avtomobil toqquşub - FOTO

Ziya Bünyadov prospektində 3 avtomobil toqquşub - FOTO
08:57 1 Fevral 2020
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospektində qeydə alınıb.

"Chevrolet Camaro" markalı avtomobil metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olan zaman "Kia Sportage" markalı minik maşını ilə toqquşub, daha sonra səkiyə çırpılıb. Hadisə zamanı "Hyundai Elantra" markalı avtomobilə də yüngül ziyan dəyib.

Avtoqəzadan sonra prospektdə uzun tıxac yaranıb.

Yol qəzasının təfərrüatları araşdırılır. İlkin olaraq qəzanın yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/822340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR