Nüsrət pulsuz vaxtlarında ona "yox" deyən Alişanın təklifini rədd etdi

Nüsrət pulsuz vaxtlarında ona "yox" deyən Alişanın təklifini rədd etdi
10:32 1 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış müğənnisi Alişan illər sonra çox ilginc bir hadisəni etiraf etməli olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu gün dünyaca məhşur qəssab Nüsrət Gökçə illər öncə Alişana şərik qəssab dükanı açmağı təklif edib, ancaq o, bu təklifi rədd edib: "Ara-sıra Nüsrətin qəssab dükanının qarşısında keçirəm və çox heyfsilənirəm. Nüsrət bu təklifi sadəcə mənə yox, bir neçə adam edib, ancaq onlar da, bu təklifi rədd ediblər. Öncə onu deyim ki,  bu insan çox bacarıqlı və elə ilk günlərdə olduğu kimi çalışır. Hər sabah tezdən qalxıb dükana nəzarət edir. Allah daha çox versin...".

Alişan deyib ki,  Nüsrət bu təklifi ona 2009-cu ildə edib: "O zaman tez-tez Nüsrətin işlədiyi məkana gedirdik. Mənə dedi ki, qardaş, təkbaşına bir yer açmaq istəyirəm. Çox da pul lazım deyil, mənə inan, qısa zamanda hər şey yaxşı olacaq. Mən də cavabımda dedim ki, bir aydam sonra əsgər gedəcəyəm və belə bir  sərmayə qoymaq niyyətim yoxdur.

Əsgərlikdə olarkən qardaşım mənə zəng edib dedi ki, Nüsrət dükan açıb və işləri "yağ" kimi gedir. Əsgərlikdən qayıtdıqdan sonra Nüsrətin dükanına getdim və  bu dəfə mən ona ortaqlıq təklif etdim. Bu dəfə o şərik olmaq istəmədi".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/822355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR