Hondadan maraqlı müqavilə şərti -

Keysuke Honda Braziliyanın “Botafoqo” klubuna transferi zamanı maraqlı şərt irəli sürüb.

Metbuat.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi klubdan zirehli avtomobil istəyib. O, şərti yerinə yetirilməzsə, müqavilə imzalamayacağını bildirib. “Botafoqo” rəhbərliyi Hondanın bu tələbini qəbul etdikdən sonra tərəflər arasında rəsmi müqavilə imzalanıb. Sözləşmə ilin sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki araşdırmalara görə, Braziliyada gündəlik orta hesabla 6 insan cinayətin qurbanı olur. Yaponiya millisinin sabiq üzvü bu səbəbdən zirehli maşından istifadə etmək istəyir.(qol.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR