İran koronavirusa görə neft hasilatının azaldılmasını istəyir

İran koronavirusa görə neft hasilatının azaldılmasını istəyir
19:17 3 Fevral 2020
65 Digər
Ölkə mətbuatı
A- A+

İranın neft naziri Bijan Namdar Zəngənə OPEC sammitində hasilatın azaldılmasının müzakirəsini təklif edib.
“Report” “Shana”ya istinadən xəbər verir ki, o, buna səbəb kimi  koronavirusa görə neftin qiymətinin 60 dollardan aşağı düşməsini əsas gətirib.  
“OPEC prezidenti ilə söhbətimizdə bildirdim ki, növbədənkənar görüş mart ayında nəzərdə tutulan iclasdan əvvəl keçirilsə, bütün üzv dövlətlər hasilatı azaltmaqla bağlı qərar verməyə hazır olmalıdır. Əgər OPEC üzvləri belə bir qərar verməyə hazır olmasalar, növbədənkənar görüş keçirməyə də lüzum qalmayacaq, əvvəlcədən nəzərdə tutulduğu kimi martın 4-5-də iclas keçiriləcək", - o qeyd edib.
Qeyd edək ki, koronavirusun yayılmasından sonra, yanvarın 20-dən “Brent” markalı neftin bir barelinin qiyməti 10 faizdən artıq ucuzlaşıb. Ötən həftə Çinə Latın Amerikasından neft idxalı dayanıb, Qərbi Afrikadan isə azalıb. Yanvarın 31-də London birjasında “Brent” markalı neftin qiyməti ötən il avqustun 7-dən sonra ilk dəfə olaraq 2,45 faiz azalaraq 55,93 dollar, “WTI” markalı neftin qiyməti isə 1,8 faiz azalaraq 51,14 dollar təşkil edib.
Xatırladaq ki, koronavirusa yoluxanların sayı 17 min nəfəri, ölənlərin sayı isə 361-i keçib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/i-ran-opec-sammitinde-teklif-ireli-surecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR