Çexiyada növbəti "Alkoqolsuz fevral" kampaniyasına start verilib

Çexiyada növbəti "Alkoqolsuz fevral" kampaniyasına start verilib
23:32 3 Fevral 2020
142 Dünya
Ölkə mətbuatı
A- A+

Çexiyada sayca səkkizinci olan növbəti "Alkoqolsuz fevral" kampaniyasına start verilib. Aksiya ay ərzində alkoqoldan istifadə edilməsinə imtina məqsədi daşıyır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aylıq antialkoqol "pəhriz"i "Açıq fikirli kişilər liqası"nın ideyasıdır. Bu liqanın üzvləri spirtli içkilərdən həddən artıq istifadəni millətin sağlamlığına vurulan ciddi ziyan hesab edirlər. Əhalisinin sayı 10 milyondan azca artıq olan bu kiçik ölkə üçün alkoqol əsl fəlakətdir - Çexiya əhalisinin 10 faizi tünd spirtli içkilərdən həddən artıq istifadə edən risk qrupuna daxildir. Çexiyada adambaşına ildə 11,6 litr xalis spirt düşür ki, bu göstərici ilə də ölkə dünyada dördüncü sıradadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/822850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR