Gecə klubunda tanış olduğu biznesmenlə evinə gedən rəqqasənin vannadan cəsədi tapıldı - FOTO

Gecə klubunda tanış olduğu biznesmenlə evinə gedən rəqqasənin vannadan cəsədi tapıldı  - FOTO
13:57 4 Fevral 2020
175 Dünya
Ölkə mətbuatı
A- A+

İş adamının evinin mansarından qadın cəsədi tapılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, rusiyalı rəqqasə, 27 yaşlı Kristina Dontsovanın cəsədi Cənubi Koreyalı iş adamı Lee Seung-Chul-un lüks villasında aşkarlanıb.

Hazırda rəqqasənin müəmmalı ölümü ilə bağlı araşdırmalar aparılır.

Ren TV-də yayılan görüntülərdə iş adamı ilə rəqqasənin birlikdə evə daxil olması əks olunub. İddialara görə, onlar svinqer ( partnyoru dəyişərək cinsi əlaqədə olma ) klubunda tanış olublar.

Rəqqasənin ölümü ilə bağlı şübhəli kimi ifadə verən iş adamı bildirib ki, rəqqasə duş qəbul etməyə gedən zaman o yuxulayıb.

İş adamının dediyinə görə, qızın öldüyünü səhər ayılanda bilib.

Onun cəsədində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.

Qeyd edək ki, iş adamı alış-veriş mərkəzlərindən birinin icraçı direktorudur.

İsmayıl
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/823084.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR