Apple Lightning girişini bütün modellərdən yığışdıracaq?!

Apple Lightning girişini bütün modellərdən yığışdıracaq?!
22:17 4 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Avropa yenə Amerika şirkətlərinə göz verib, işıq vermir. Bu dəfə Avropanın "tikanlı" qanunları alma şirkəti Apple'la toxuna bilər. Belə ki, yeni qəbul olunmuş qanuna əsasən Avropa zonasına daxil olan ölkələrdə 2020-ci ildən smartfonlarda eyni növ şarj girişləri tətbiq olunacaq. Səbəb olaraq isə "yaxşı oğlan" Avropa il ərzində adam başına düşən elektron tullantıların artmasını göstərir.

Milli.Az techland.az-a istinadən bildirir ki, 2016-cı ildə bu göstərici 16,6 kq idi. Bəs yaxşı bu qanun Apple şirkətinə necə zərər verə bilər? Hal-hazırda dünya smartfon ve daşınabilən elektronika nəhəngləri hər yeni modellə bütün cihazlarında USB Type-C istifadəyə daha da yaxınlaşır ancaq "think different" deyən Apple yeganə şirkət öz ənənəvi və kifayət qədər qədimi Lightning'indən əl çəkmir ki, çəkmir. Şirkətin məhsulları arasında Type-C girişi yalnız yeni Macbook və iPad'lərində istifadə olunur.

iPhone seriyasında isə buna kimi bir modeldə belə bu giriş növü istifadə olunmayıb. Və əlbəttə bu qanun elə ilk olaraq alma satanlara toxunacaq. Nəzərə alsaq ki, Avropa bazarı şirkət üçün çox mühümdür Apple'ın reaksiya bildirməsi gözlənilən idi.

Apple iki arqumentlə bəyan edib ki:

1. Eyni və yeni başlığa keçmək elektronik tullantıların daha da çoxalması deməkdir.
2. İnkişafın yavaşayacağı.

Şirkətin arqumentlərinə fikir bildirməyimizi istəsəniz biz deyərdik ki, yeni başlığa keçmək yeni smartfonun alınması demık deyil. Yəni artıq alınmış və mövcud smartfonun şarj naqilləri niyə atılsınki. Qaldıki inkişaf məsələsi çox gülüncdür. Köhnə Lightning'lər inkişafa necə təsir edəcək?! Deyəsən şirkətin quyruğu bu dəfə həqiqətən qapı arasında qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/822474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR