Tibb müəssisələrində ixtisarlar aparılacaq? - AÇIQLAMA

Tibb müəssisələrində ixtisarlar aparılacaq? - AÇIQLAMA
16:47 6 Fevral 2020
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Bölməsi (TƏBİB) Xaçmaz rayonu Xudat şəhərindəki tibb müəssisəsində ixtisarlarla bağlı yayılan məlumatlara aydınlıq gətirib.

TƏBİB-dən Milli.Az-a verilən məlumatda bildirilir ki, Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin dayandırılması və bu tibb müəssisəsində çalışanların işdən azad olunması ilə bağlı bəzi sosial şəbəkə hesablarında əsassız məlumatlar yayılıb:

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bununla əlaqədar bildirir ki, agentliyinin nümayəndələri Xudat Şəhər Xəstəxanasının yerləşdiyi binaya baxış zamanı xəstəxananın vəziyyətinin əhaliyə xidmət baxımından qənaətbəxş olmadığı müəyyən edilib və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülməsi barədə qərar qəbul olunub.

Bir daha qeyd edirik ki, ölkədə icbari tibbi sığortanın tətbiqi və ilə əlaqədar tibb müəssisələrində ixtisarların aparılması nəzərdə tutulmamışdır. Əksinə icbari tibbi sığortanın tətbiqi çərçivəsində tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb işçilərinin əmək haqlarına əlavələrin hesablanması qaydası təsdiqlənib".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/823767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR