Azərbaycan millisinin AVRO-2021-dəki rəqibləri müəyyənləşdi

Voleybol üzrə AVRO-2021-in seçmə mərhələsinin qruplarının tərkibi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan yığmasının da rəqibləri bəlli olub.

Polşa, Çexiya, Estoniya və Finlandiyada keçiriləcək final mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq millimiz F qrupunda qüvvəsini sınayacaq. Komandamızın rəqibləri Yunanıstan, Monteneqro və Gürcüstan olacaq.

Seçmə mərhələnin oyunları bu il avqust-sentyabr aylarında baş tutacaq. Kişilərin yarışında 26 komanda 7 qrupda iki dövrəli dairəvi sistemlə mübarizə aparacaq. Qrup qalibləri və 5 ən yaxşı ikinci yer sahibi final mərhələsinə yüksələcək.

Qeyd edək ki, qadınlardan ibarət Azərbaycan yığması 2021-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindən azaddır. Millimiz AVRO-2019-dakı nəticəsinə əsasən Serbiya, Xorvatiya, Bolqarıstan və Rumıniyanın birgə təşkil edəcəyi final mərhələsinə vəsiqə qazanıb.(ApaSport)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR