Tramp dünyadakı əsas fanatının adını açıqladı

Tramp dünyadakı əsas fanatının adını açıqladı
00:52 11 Fevral 2020
182 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp dünyadakı əsas fanatının adını açıqlayıb.
Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.
Ağ Ev rəhbəri bildirib ki, NATO baş katibi onun əsas fanatıdır. "Dünyada əsas fanatım NATO-nun baş katibi Yens Stoltenberqdir", - Tramp deyib.
ABŞ lideri qeyd edib ki, Şimali Atlantika alyansının baş katibi NATO-nun müttəfiqlərinin müdafiə sahəsinə daha çox vəsait ayırmağa başlamasına görə ona təşəkkür edib.
ABŞ rəhbəri həmçinin Birləşmiş Ştatların əvvəllər NATO-nun müdafiəsinə görə ən çox vəsait xərcləyən ölkə olduğunu deyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/tramp-dunyadaki-esas-fanatinin-adini-aciqladi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR