Ramil Şeydayevin yeni klubu müəyyənləşdi

Ramil Şeydayevin yeni klubu müəyyənləşdi
09:32 17 Fevral 2020
212 İdman
Ölkə mətbuatı
A- A+

Moskva "Dinamo"sundan ayrılan Ramil Şeydayevin yeni klubu müəyyənləşib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 23 yaşlı hücumçu karyerasını Azərbaycanda davam etdirəcək. Azad agent statusu daşıyan hücumçu "Sabah"a keçib.

Paytaxt təmsilçisi Şeydayevlə mövsümün sonuna qədər müqavilə imzalayıb. Transfer tezliklə rəsmən açıqlanacaq.

Azərbaycan millisinin üzvü 2019-cu ilin yayında "Krılya Sovetov"dan "Dinamo"ya keçmişdi. Ramil mövsümün ilk yarısında Premyer Liqada 8 oyun keçirib və 1 assist edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/826502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR