“Aydın Xırdalanlının ölümü mənim belimi qırdı” - Məşhur meyxanaçı FƏRYAD ETDİ - VİDEO - FOTO

“Aydın Xırdalanlının ölümü mənim belimi qırdı” - Məşhur meyxanaçı FƏRYAD ETDİ - VİDEO - FOTO
20:57 17 Fevral 2020
Ölkə mətbuatı
A- A+

"Müşfiq Şahverdiyev və Nicat Rəhimovdan tələb edirəm..."

Milli.Az xəbər verir ki, ARB TV-nin "Elgizlə İzlə" verilişində meyxanaçı Mahir Cürətlə bağlı sujet yayımlanıb.

Həyatından və yaradıcılığından danışan meyxana ustadı həmkarı Aydın Xırdalalının vəfatından təsirləndiyini, eləcə də bəzi aktyorların qəzəli ələ salmasının ona pis təsir etdiyini bildirib:

"Efirlə maraqlanan insan deyiləm həmkarlarımdan fərqli olaraq. Verilişlərə dəvət edirlər, vaxtım, imkanım olanda gedirəm, gedə bilmədiklərimdən də üzr istəyirəm.

Meyxana mənim üçün cılız bir sənətdi. Bu gün incəsənət aləmində bir qarışıqlıq əmələ gəlib. Gənclərdən biri çıxır efirə, deyir ki, oxuduğum mahnının sözləri və musiqisi mənə aitdi. Deyirəm oxumusan, çox gözəl, bu oxuduğun muğam hansı muğamdı? Özü də məşhur insanlardandır, milyonlarla izləyicisi var, amma sualıma cavab verə bilmir. Bu necə olur ki, izlənilir, amma heç nəyi də bilmir?!

Çox tanışlarım mənə deyir ki, Mahir, hamı qabağa gedir, sən niyə arxaya gedirsən, deyirəm ki, mən arxaya gedib qəfldən sıçrayış edəcəm. Mən onların indi getdiyi qabağı bir dəfə dolanıb gəlmişəm. Qabaqda elə də maraqlı bir şey yoxdur, nə varsa ortada var.

Mənə artıq maraqsızdır, əvvəl meyxana deməyə adam tapmırdın, indi əlini fırlayırsan 10 dənəsi düzülür. İkinci kitabımı ölməsəm qalsam çap edəcəm. Şükür ki, gəlib siz çəkirsiniz, işıqlandırırsınız.

Mənim aktyorlarımıza böyük hörmətim var. Məsələn Müşfiq Şahverdiyevdi, Şirin ləqəbi ilə tanınan Nicat Rəhimovdu çıxıb efirdə, filmlərdə qəzəli ələ salırlar. O boyda dahi sənətkarlarımız qəzəllər deyiblər, yazıblar, bunlar ələ salır. Onlardan həm xahiş, həm də tələb edirəm. Mənim yaşamağıma səbəb bu qəzəllərdi. Bu dünyada yaşamağın mənası qəzəldir ancaq.

Meyxanaçı qardaşım Aydın Xırdalanlının ölümü mənim belimi qırdı".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/826682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR