"Report" Azərbaycan Qılıncoynatma Federasiyasına istinadən xəbər verir ki, kişi şpaqaçıların şəxsi yarışında ən yaxşı nəticəyə Ruslan Həsənov imza atıb.
Qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran Həsənov pley-offun ilk görüşündə Belçika təmsilçisi Robin Daouta 15:6 hesabı ilə qalib gəlsə də, 1/32 finalda fransalı Alban Dianeyə 12:15 hesabı ilə məğlub olub.
Qrup mərhələsində 5 qələbə qazanan Barat Quliyev də 1/32 finala yüksəlməyi bacarıb. 1/64 finalda Böyük Britaniya şpaqaçısı Ezan Kyuya 15:14 hesabı ilə qalib gələn Quliyev növbəti mərhələdə İtaliya idmançısı Masarin Rikkardoya 7:15 hesabı ilə məğlub olub.
Qrup mərhələsində 2 qələbəsi olan Xalid Əliyev və bu mərhələdə bir görüşdə qalib gələn Fərrux Səfərov isə mübarizəni erkən dayandırıb.
Gənc şpaqaçılarımız komanda yarışında turnirin finalına kimi irəlilyən isveçrəli şpaqaçılara 40:45 hesabı ilə məğlub olub.