Ukrayna parlamenti Xocalı soyqırımını tanıya bilər

Ukrayna parlamenti Xocalı soyqırımını tanıya bilər
15:53 18 Fevral 2020
68 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın Ali Radasında Xocalıda azərbaycanlıların soyqırımının tanınması məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib.

H.Cavadov qeyd edib ki, o artıq Azərbaycan-Ukrayna parlamentlərarası qrupu və Ali Radanın Xarici əlaqələr komitəsinin üzvləri ilə bu mövzuda ilkin müzakirələr aparıb və yaxın vaxtlarda bu məsələnin Rada komitəsində nəzərdən keçirilməsi gözlənilir.

“Xocalı şəhərinin əhalisinə qarşı törədilən cinayətlərin xarakteri və dərəcəsi bu faciə zamanı törədilən cinayətlərdə soyqırım əlamətlərini açıq şəkildə göstərir. Bu günə qədər Çexiya, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Qvatemala, Şotlandiya və ABŞ-ın 19 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan parlament aktları qəbul ediblər.

Ukrayna parlamentinin Xocalıda baş vermiş faciəni soyqırımı kimi tanıması isə dünya ictimaiyyətinə ədalət əldə etmək və cinayətkarları, işğalçıları cəzalandırmaq zərurətində ölkələrimiz arasındakı dəstək və həmrəyliyi göstərəcək”, - H.Cavadov söyləyib. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/305354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR